ABŞ, Yaponiya və Cənubi Koreya Çinə güc nümayişi göstərdi
ABŞ, Yaponiya və Cənubi Koreya Havay adalarında birgə hərbi təlimlər keçirir.
Redaktor.az xəbər verir ki, bu barədə Pentaqon məlumat paylaşaraq Yaponiya və Cənubi Koreya əsgərlərinin iştirakı ilə Havay adaları sahillərində raketdən müdafiə və ballistik raket axtarışı təlimlərini keçirdiklərini açıqlayıb. Təlim 8-14 avqust tarixlərində baş tutub.
Bildirilib ki, “Sakit Okean Əjdahası” adı altında həyata keçirilən təlim zamanı Pentaqon üçtərəfli tətbiqat mübadiləsi razılaşmasına uyğun olaraq ölkələr arasında taktiki və məlumat bağlantılarını paylaşıb.
Digər tərəfdən, ABŞ və İndoneziya ordularının iştirakı ilə ilə 1-14 avqust tarixində "Super Garuda Qalxanı" təlimi də baş tutub.
Ümumilikdə 4000 ABŞ və İndoneziya əsgərinin iştirak etdiyi təlimə vaxtaşırı Avstraliya və Sinqapur qüvvələri də qatılıb.
Təlimi 10-a yaxın ölkə müşahidəçi qismində izləyib.
Fransanın AFP agentliyi xəbər verir ki, Vaşinqton təlimin heç bir ölkəni hədəf almadığını, lkeçənilkindən daha geniş olduğunu açıqlayıb. Yaponiyanın hər il keçirilən təlimə ilk dəfə qatıldığı da bildirilir. Hərbi təlimlər Asiya Sakit Okean hövzəsində suların istiləşmə dövrünə təsadüf edir.
Əslində ekspertlər bu təlimin Tayvanı mühasirəyə alan Çinə qarşı bir güc nümayişi olduğunu iddia edir. Tayvan isə bu təlimlərə "adanı işğal etməyə hazırlıq" adlandıraraq reaksiya verib.
Həmidə Rasimqızı












