"Türkiyənin şərtlərini yerinə yetirəcəyik" - İsveçin baş naziri

 13:38 16.08.2022     661

İsveç Baş naziri Maqdalena Andersson NATO-ya üzvlüklə bağlı Türkiyənin şərtlərini yerinə yetirəcəklərini bəyan edib.

Redaktor.az “Habertürk”ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, iyunda Madriddə imzalanan razılaşma sənədinə əsasən Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüklərini təsdiqləməsi üçün namizəd ölkələr dəstəklədikləri terrorçuları təhvil verməlidirlər. Rəsmi Ankara daha əvvəl bildirmişdi ki, terrorçular qaytarılmasa, hər iki ölkənin Alyansa üzvlüyünə veto qoyulacaq.

Vumart və Güvən reklamı Vumart Güvən