Ruslar Odessada istirahət mərkəzini raketlə vurdu - Təlafat var
Ukraynanın Odessa vilayətinə endirilən raket zərbəsindən sonra yanğın olub.
Redaktor.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “Cənub” Əməliyyat Komandanlığından bildirilib. Qeyd olunub ki, yanğın artıq söndürülüb.
Məlumata görə, raket zərbəsi nəticəsində istirahət mərkəzi və bir neçə fərdi yaşayış yeri dağılıb.
Bildirilib ki, raket zərbəsi nəticəsində 4 mülki şəxs yaralanıb və xəsarət alanlara tibbi yardım göstərilib.
Hazırda xilasetmə əməliyyatı davam edir.












