Güney azərbaycanlı yazıçı həbs edildi - FOTO

 15:36 17.08.2022     477

İranın İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) \ əməkdaşları Tehranda yaşayan azərbaycanlı yazıçı və şair Yaqub Əhmədvəndi (Ayrılmaz) həbs edərək naməlum yerə aparıblar.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Məlumatda bildirlir ki, hökumət qüvvələri avqustun 15-də yazıçının evinə hücum çəkərək, mənzildə axtarış aparıb və ona məxsus şəxsi əşyaları müsadirə edib, əlyazmalarını özləri ilə aparıblar.

Yazıçının evinə hücum və onun həbs səbəbləri barədə məlumat əldə etmək mümkün olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən