Ərdoğanın da iştirakı ilə üçtərəfli görüş keçirilir - VİDEO - YENİLƏNİB

 19:17 18.08.2022     2010

Ukraynanın Lvov şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna lideri Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında keçirilən üçtərəfli görüş başa çatıb.

Redaktor.az xəbər verir ki, görüş 40 dəqiqə davam edib.

Görüş zamanı Ukraynada müharibənin diplomatik yollarla dayandırılması, taxıl koridorunun fəaliyyəti və digər məsələlər müzakirə edilib.

***

Lovovda Ərdoğan-Zelenski görüşü başa çatıb.

Redaktor.az xəbər verir ki, hazırda Rəcəb Tayyib Ərdoğan, Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş keçirilir.  

***

Lvovda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Redaktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tərəflər arasında görüş Potoçki sarayında keçirilir.

 


 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir.

Redaktor.az “Habertürk”ə istinadən xəbər verir ki, o, Lvov şəhərinə çatıb. 

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir. 

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən verilən məlumata görə, Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan və digər rəsmi şəxslər müşayiət edirlər.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə yollanıb. 

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun təyyarəsi Ankaradakı Esenboğa hava limanından yola düşüb.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. 

Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən verilən məlumata görə, Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan və digər rəsmi şəxslər müşayiət edirlər.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə yollanır.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hazırda Ankaradakı Esenboğa hava limanındadır.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, bu, müharibə başlayandan bəri Ərdoğanın Ukraynaya ilk səfəridir.

 

Vumart və Güvən reklamı Vumart Güvən