Deputat atışmada YARALANDI
Dağıstanın Kazbekovski rayonunun Almak kəndində baş verən atışma nəticəsində 4 nəfər, o cümlədən məscidin imam müavini və bir kənd deputatı yaralanıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə kənd rəhbəri Muxudin Salayev məlumat verib.
"Almak kəndində baş verən atışma nəticəsində 4 nəfər yaralanıb. Yaralananlar arasında bir kənd deputatı, imam müavini, kənd sakini və keçmiş polis polkovnik-leytenantı da var. Keçmiş polis əməkdaşı hazırda reanimasiyadadır, həkimlər onun həyatı üçün mübarizə aparır”, - deyə kənd başçısı bildirib.
Nərmin Vüqarqızı












