ABŞ bu ölkəyə pulsuz HELİKOPTERLƏR VERƏCƏK

 22:04 19.08.2022     791

ABŞ Çexiyaya səkkiz ədəd "Bell" hərbi helikopteri verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Praqadakı səfirliyi məlumat yayıb.

Çexiya Sovet dövründən qalma texnikanı, o cümlədən helikopterləri Ukraynaya ötürməklə öz ordusunun modernləşdirilməsini sürətləndirməyə çalışır.

“Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri bizim aydın və sarsılmaz mövqeyimiz öz bəhrəsini verir”, - müdafiə naziri Yana Çernoxova deyib.

ABŞ səfirliyi "Twitter"də bildirib ki, daha əvvəl sifariş edilmiş 12 helikopterdən əlavə, daşınma və təkmilləşdirmə xərcləri istisna olmaqla, helikopterlər pulsuz veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən