Dünyanın ikinci ən yaşlı adamı vəfat etdi
Dünyanın ikinci ən yaşlı adamı hesab edilən Polşa vətəndaşı Tekla Yunyeviç 116 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə Polşanın TVN24 kanalı məlumat yayıb.
1906-cı ildə Lvovda anadan olmuş qadın Polşa tarixinin ən yaşlı vətəndaşı hesab edilir. 1945-ci ildə şəhər Ukrayna SSR-in tərkibinə daxil olduqdan sonra o, ailəsi ilə birgə Polşaya köçüb.
Hazırda planetin ən yaşlı adamı 118 yaşlı Fransa vətəndaşı Lüsil Randon hesab edilir.












