Ruslar Ukraynada 7 dinc sakini öldürdü

 10:10 20.08.2022     1723

Ötən sutka ərzində Rusiya hərbçiləri Donetsk vilayətində 7 dinc sakini qətlə yetirib.

Redaktor.az xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko  Telegram səhifəsində bildirib.

"Rusiya dinc insanları qətlə yetirir! Avqustun 19-dan bəri ruslar Donbasda 7 dinc sakini öldürüblər: onlardan 4-ü Baxmutda, 1-i Drujbada, 1-i Konstantinovkada, digər 1 nəfər isə Severnıda ölüdürülüb. 13 nəfər isə yaralanıb", - deyə o yazıb.

Vumart və Güvən reklamı Vumart Güvən