Ukraynada son sutkada 200 işğalçı MƏHV EDİLDİ - FOTO
"Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 44 900 hərbçisi məhv edilib".
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 44900 (+200) canlı qüvvəsi, digər döyüş itkiləri 1907 (+8) tank, 4212 (+17) zirehli döyüş maşını, 1018 (+2) artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 141 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 197 helikopter, 803 (+8) PUA, 190 qanadlı raket, 15 gəmi, 3 137 (+7) avtomobil texnikası və avtosistern, 94 (+3) xüsusi texnikadan ibarətdir.
Məlumata görə, Rusiya ən çox itkini Donetsk istiqamətində verib.













