Türkiyədə günün ikinci dəhşətli qəzası - VİDEO

 21:37 20.08.2022     732

Türkiyənin Mardin şəhərində əyləc sistemi sıradan çıxan yük maşını yol kənarında olan insan izdihamına çırpılıb.

Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə dəhşətli hadisənin görüntüləri yayılıb.

Avtomobilin sürətinin yüksək olması çoxsaylı insan faciəsinə səbəb olub.

İlkin məlumata görə, qəza nəticəsində səkkiz nəfər həyatını ititib, onlarla şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, bu gün Türkiyənin Qaziantep şəhərində ağır yol nəqliyyat hadisəsi yaşanıb.

İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb və aşıb.

Daha sonra hadisə yerinə gələn təcili tibbi yardım və yanğınsöndürən maşın ərazidə hərəkət edən avtobusla toqquşub.

Hadisə nəticəsində azı 16 nəfərin öldüyü, 22 nəfərin isə yaralandığı bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən