Məşhur siyasətçinin qızı faciəvi şəkildə öldü - VİDEO

 09:06 21.08.2022     476

Rusiyanın Moskva vilayətində avtomobil partlayıb.

Redaktor.az xəbər verir ki, “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı, “United World International” jurnalının baş redaktoru Darya həlak olub.

İlkin məlumata görə, qəzaya qaz balonunun partlaması olub. Hadisə barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Duqin Rusiyanın əsas ideoloqlarından hesab olunur. Onun rəhbərliyi ilə Avrasiyada qədim və yeni bütün rus ortodoks məzhəbi ənənələri ilə barışıq rus hegemoniyasına xidmət edən bir imperiyanı müdafiə edən "Neo-Avrasiya" hərəkatının partiyası- "Avrasiya" partiyası yaradılıb, bununla belə O Qarabağın Azərbaycan torpağı olduğunu dediyi üçün ermənilər tərəfindən sevilmir.


 

Vumart və Güvən reklamı Vumart Güvən