Ukraynada işğalçılar kişilər haqqında məlumat üçün pul verirlər
Luqansk vilayətinin işğal olunmuş ərazilərində ruslar kişilərin harada olması barədə məlumat üçün yerli əhalinin hər birinə 60 min rubl pul verirlər.
Bu barədə Luqansk Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
Onun sözlərinə görə, mükafatlar işğal altında olan Luqansk vilayətində demək olar ki, kişi qalmayan kiçik şəhərlərdə təklif olunur.
"Qohumlar və qonşular orada əsl "insanlıq" nümayiş etdirirlər - tərəddüd etmədən pul alırlar. Məntiq sadədir - mənim ərim sağdır, vəssalam... Həm də pul verirlər...", - Qayday dedi.
Eyni zamanda, rusların özləri də açıq döyüşə getmək istəmirlər, ona görə də işğal etdikləri ərazilərə kişiləri toplamağa davam edirlər, çünki sonradan "cəhənnəmə" göndərəcəklər".
İLTİFAT












