Ukraynada son sutkada 300 işğalçı MƏHV EDİLDİ - FOTO
"Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 45 200 hərbçisi məhv edilib".
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 45200 (+300) canlı qüvvəsi, digər döyüş itkiləri 1912 (+5) tank, 4224 (+12) zirehli döyüş maşını, 1028 (+10) artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 141 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 197 helikopter, 806 (+3) PUA, 190 qanadlı raket, 15 gəmi, 3 143 (+6) avtomobil texnikası və avtosistern, 99 (+2) xüsusi texnikadan ibarətdir.
Məlumata görə, Rusiya ən çox itkini Donetsk istiqamətində verib.
İLTİFAT













