Çində süni yağış yağdırılacaq
Çinin hakimiyyət orqanları anomal istilər fonunda məhsulu quraqlıqdan qorumaq üçün süni şəkildə yağış yağdırmağa hazırlaşır.
Redaktor.az xəbər verir ki, bu barədə Associated Press agentliyi Çinin Kənd Təsərrüfatı Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata əsasən, həmçinin bitkilərə rütubətin buxarlanmasını məhdudlaşdıran susaxlayıcı əlavə çiləmək planlaşdırılır.












