Ərdoğan Putinə zəng edəcək

 09:40 22.08.2022     374

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Bildirilir ki, Ərdoğan rusiyalı həmkarı ilə Ukraynadakı son vəziyyət və Zaporojye AES məsələsini müzakirə edəvək. 

Qeyd edək ki, ötən həftə Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edib. İlk dəfə Lvova gedən Ərdoğan orada Prezident Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.

 

Vumart və Güvən reklamı Vumart Güvən