Ukraynada son sutkada 200 işğalçı MƏHV EDİLDİ - FOTO

 09:50 22.08.2022     466

"Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 45 400 hərbçisi məhv edilib".

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 45400 (+200) canlı qüvvəsi,  digər döyüş itkiləri 1919 (+7) tank, 4230 (+6) zirehli döyüş maşını, 1032 (+4) artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 145 (+4) hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 1981 (+1) helikopter, 815 (+9) PUA, 194 (+4) qanadlı raket, 15 gəmi, 3149 (+6) avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk istiqamətində verib.

Nərmin Vüqarqızı

 

2
Vumart və Güvən reklamı Vumart Güvən