ABŞ-da polis TERRORU - VİDEO
ABŞ-ın Arkanzas ştatında polislərin dayanacaqda şübhəlini amansızlıqla döydüyü görüntülər böyük əks-səda doğurub.
Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üç polis 27 yaşlı Randall Vorçesteri döyərək öldürüb.
Polisin biri həmin şəxsi tutub, digərləri də onu təpik-yumruqla döyüblər. Başından dəfələrlə aldığı zərbə və betona çırpılması Vorçesterin ölümünə səbəb olub .
Polislər işdən çıxarılıblar (bakutv).












