Rusiya Zaporojye ilə bağlı BMT-nin iclasını ÇAĞIRDI

 20:26 22.08.2022     272

Rusiya Zaporojye Atom Elektrik Stansiyasındakı (AES) vəziyyətlə əlaqədar avqustun 23-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi ilə bağlı sorğu göndərib. 

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

Onun sözlərinə görə, təşkilatın baş katibi Antonio Quterreşdən iclasda çıxış etməsi xahiş olunub.

“Biz BMT Təhlükəsizlik Şurasının gündəmdəki “beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” bəndi üzrə təcili iclasının keçirilməsini xahiş etdik”, – deyə Polyanski "Telegram" kanalında yazıb.

Vumart və Güvən reklamı Vumart Güvən