Türkiyə Rusiyadan neft idxalını iki dəfə artırdı

 22:00 22.08.2022     432

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çox Rusiya nefti alıb.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, Ölkə Rusiyadan xammal tədarükünü, o cümlədən “Urals” və “Siberian Light” markalı neftin tədarükünü gündə 200 min bareldən çox artırıb.

Ötən ilin ilk 8 ayında Türkiyə gündəlik 98 min barel neft idxal edib.

Eyni zamanda, ölkənin neft emalı zavodları Şimal dənizi, İraq və Qərbi Afrikadan neft alışını azaldıb.

Vumart və Güvən reklamı Vumart Güvən