“İnanıram ki, Ukrayna qalib gələcək” - Polşa prezidenti
"Ukrayna nəinki özünü müdafiə edəcək, həm də inanıram ki, qalib gələcək".
Redaktor.az xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda Kiyevdə Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
Duda bildirib ki, Ukrayna Rusiya tərəfindən işğal olunmuş bütün əraziləri geri alacaq:
"Ukrayna Polşanın dəstəyi ilə yenidən qurulacaq. Qərbi Avropanın, Amerika Birləşmiş Ştatlarının və digər demokratik ölkələr, bütün vicdanlı dövlətlər və xalqlar Ukraynanı dəstəkləyir və dəstəkləyəcək”.
O, qeyd edib ki, Ukrayna xalqı və hakimiyyəti Polşaya arxalana bilər.












