Türkiyə Krımın ilhaqını tanımır -  Ərdoğan 

 19:18 23.08.2022     490

"Türkiyə Krımın ilhaqını tanımır və ilk gündən bunun qeyri-qanuni olduğunu açıq şəkildə bəyan edir".

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Krım Platforması”na üzv ölkələrin liderlərinin iclasına ünvanlanmış videomesajında bildirib.

O qeyd edib ki, Türkiyənin bu yanaşması təkcə hüquqi deyil, həm də mənəvi əsasları olan prinsipial mövqedir.

Ərdoğan Krımın Ukraynaya qaytarılmasının zəruriliyini vurğulayıb. O deyib ki, Ukraynanın ayrılmaz hissəsi olan Krımın ona geri qaytarılması beynəlxalq hüququn tələbidir.

Türkiyə lideri Krımın yerli haqq sahiblərindən biri olan Krım tatar-türklərinin təhlükəsizliyinin və rifahının təmin edilməsinin ölkəsinin prioritetləri sırasında olduğunu diqqətə çatdırıb.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən