Estoniyada vətəndaşlara xəbərdarlıq edildi - “Rusiyaya getməyin!”

 23:12 23.08.2022     456

Estoniyanın xarici işlər naziri Urmas Reynsalu Estoniya vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

Bu barədə Redaktor.az  "Yevropeyskaya pravda"ya istinadən xəbər verir.

“Son günlərdə Rusiya Federasiyası tərəfindən aqressiv anti-Estoniya ritorikası xeyli artıb. Bu səbəbdən Estoniya Xarici İşlər Nazirliyi Rusiya ərazisinə hər hansı səfərdən yayınmağa çağırıb. Mən bu xəbərdarlığı bir daha xatırlatmaq istərdim”, - deyə Reynsalu qeyd edib.

“Əgər Rusiyada qısamüddətli səfərdəsinizsə, sizi orada qalmağın zəruriliyi barədə ciddi düşünməyə çağırıram. Rusiya Ukraynaya qarşı müharibə aparan ölkədir və Estoniya vətəndaşlarına qarşı təxribatlar da istisna edilmir", - deyə o, əlavə edib.

 

Vumart və Güvən reklamı Vumart Güvən