Ukraynada son sutkada 150 işğalçı MƏHV EDİLDİ - FOTO

 10:35 24.08.2022     425

"Ukraynada Rusiya ordusunun daha 150 hərbçisi məhv edilib".

Redaktor.az  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 45 700-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 924 tank, 4 243 zirehli döyüş maşını, 1036 artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 147 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 199 helikopter, 819 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 160 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk istiqamətində verib.

İLTİFAT

 

Vumart və Güvən reklamı Vumart Güvən