Rusiyada müharibə əleyhdarı keçmiş mer SAXLANILDI - VİDEO

 11:25 24.08.2022     693

 2013-2018-ci illərdə Yekaterinburq meri vəzifəsində çalışan Yevgeni Royzman ölkənin silahlı qüvvələrini nüfuzdan saldığına görə saxlanılıb. Onun evində axtarış aparılıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında saxlanılan Royzmana qarşı "YouTube" kanalında yerləşdirdiyi videoya görə Rusiya ordusunun nüfuzuna xələl gətirdiyi üçün qarşı cinayət işi qaldırılıb.

2022-ci ildə Yekaterinburq məhkəməsi sosial şəbəkələrdə Rusiya Silahlı Qüvvələrini gözdən saldığına görə Royzmanı üç dəfə cərimələyib, cərimələrin ümumi məbləği 150 min rubla (2500 dollar) çatıb. O, həmçinin hakimiyyət orqanlarına hörmətsizlik etdiyi üçün 85 min rubl (1400 dollar) məbləğində cərimə olunub. 2021-ci ildə Royzmanın Moskva və Yekaterinburqda icazəsiz fəaliyyətlərdə iştirakı ümumilikdə 60 000 rubl (1 000 ABŞ dolları) məbləğində cərimə ilə nəticələnib. Bundan əlavə, o, icazəsiz fəaliyyət təşkil etməkdə təqsirli bilinərək doqquz sutka inzibati həbs cəzasına məhkum edilib, sonradan bu müddət bir günə endirilib.

Həmidə İbrahimova

 

Vumart və Güvən reklamı Vumart Güvən