Rusiya Koreya yarımadasındakı vəziyyətdən narahatdır - Zaxarova

 12:43 24.08.2022     777

Moskva ABŞ-ın Şimali Koreyanıın ciddi narahatlığına səbəb olan hərəkətləri təhlükəli hesab edir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü yaydığı bəyanatda qeyd edib.

Bəyanatda bildirilir ki, Rusiya ABŞ və Koreya Respublikasının birgə keçirdiyi hərbi təlimlərin bərpası ilə əlaqədar Koreya yarımadasında gərginləşən vəziyyətdən narahatdır.

“Biz Koreya yarımadasında ABŞ və Koreya Respublikası tərəfindən keçirilən irimiqyaslı birgə hərbi təlimlərin bərpası, habelə təxribat xarakterli təbliğat materiallarının göndərilməsi ilə əlaqədar son vaxtlar gərginləşən vəziyyətin inkişafından narahatıq”,- deyə diplomat qeyd edib.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən