Türkiyənin birinci xanımı pomidor YIĞDI - FOTO

 16:45 24.08.2022     588

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Akkaya rayonunda tarlada pomidor yığımında iştirak edib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, fermerlərlə görüş “Ata Tohumu Projesi” layihəsi çərçivəsində baş tutub.  

Qeyd olunur ki, bu layihə Türkiyədə DNT-sinə müdaxilə edilməmiş toxumdan yetişdirilmiş pomidor növlərinin bərpası məqsədi ilə həyata keçirilir.

Layihə barədə Əminə Ərdoğana məlumat verən fermerlər qeyd ediblər ki, yerli pomidor məhsulunun yetişdirilməsi prosesində kimyəvi gübrələrdən istifadə edilməyib, kənd təsərrüfatı zərərvericilərinə qarşı isə təbii pestisidlər vasitəsi ilə mübarizə aparılır.

 

Vumart və Güvən reklamı Vumart Güvən