Malayziyanın keçmiş hökumət başçısı həbs ediləcək

 04:31 25.08.2022     390

Malayziyanın keçmiş baş naziri Nəcib Razak milyardlarla dollarlıq yeyintiyə görə həbs olunacaq. Kuala-Lumpur məhkəməsi onun son apellyasiya müraciətini rədd edib.

Redaktor.az xəbər verir ki, keçmiş hökumət başçısı çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər ittihamlarda təqsirli bilinib.

2009-2018-ci illərdə Malayziyanın baş naziri olmuş Razakı 12 il müddətinə azadlıqdan məhrumetmə gözləyir.

Qeyd edək ki, ittihamlar keçmiş Suveren Sərvət Fondu ilə bağlı olub. Prokurorluğun iddiasına görə, o və müttəfiqləri bu fonddan zəngin həyat tərzi və seçkiqabağı təbliğat üçün şəxsi kassaları kimi istifadə ediblər.

Razak həmçinin 210 milyon Malayziya ringgiti (46,94 milyon dollar) məbləğində cərimələnib.

Vumart və Güvən reklamı Vumart Güvən