Sərnişin təyyarəsi havada alovlandı - VİDEO
Qvadalaxara-Los Anceles reysini yerinə yetirmək üçün havaya qalxan sərnişin təyyarəsi havada alovlanıb.
Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, "Viva Aerobus" şirkətinə məxsus sərnişin təyyarəsi Meksikanın cənub-şərqində yerləşən Qvadalaxaradan havaya qalxarkən mühərriki alovlanmağa başlayıb.
Təxminən 45 dəqiqə dövrə vuran təyyarə təcili yardım qruplarının hazır saxlandığı meydana eniş edib. Həmin anlar sərnişin kamerasına əks olunub.












