Rusiyada yanan helikopterin pilotu sağ tapıldı

 22:21 25.08.2022     570

Rusiyanın Stavropol diyarında qəzaya uğrayaraq yanan “Mi-2” helikopterinin pilotu sağ tapılıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Stavropol diyarının Predqornı bələdiyyəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gecə Stavropol diyarının Predqornı rayonunda “Mi-2” helikopteri qəza enişi edib. Nəticədə helikopter və qəzanın baş verdiyi ərazidə iki hektar ot sahəsi yanıb.

Hadisə yerinə gələn aidiyyəti qurumların əməkdaşları helikopterin pilotunu hadisə yerində aşkarlamamışdı.

Vumart və Güvən reklamı Vumart Güvən