Putin Berdiməhəmmədovu “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

 21:46 26.08.2022     581

Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın "Halk Maslahatı Milli Gengeş"in (parlamentin yuxarı palatası) sədri və bu ölkənin eks-prezidenti Qurbanqulu Berdiməhəmmədovu IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının müvafiq fərmanı rəsmi informasiya portalında dərc olunub.

Sərəncamda deyilir: “Rusiya Federasiyası ilə Türkmənistan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə Berdiməhəmmədov Qurbanqulu Myalikquliyeviç IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

Vumart və Güvən reklamı Vumart Güvən