Britaniyadakı ukraynalı qaçqınların 42%-i işə düzəlib

 22:37 27.08.2022     362

Müharibənin başlamasından sonra Ukraynadan Böyük Britaniyaya gələn qaçqınların 42%-i iş tapa bilib.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsinin sorğusuna istinadən BBC məlumat yayıb.

Qaçqınların 47%-i iş zamanı problemlərlə üzləşdiyini bildirir. Əsas problem olaraq ingilis dilini bilməmələri göstərilir.

Müharibədən sonra ölkəyə daxil olan Ukrayna vətəndaşlarının sayı 43%-dən 93%-ə yüksəlib. Ümumilikdə Ukraynadan Böyük Britaniyaya 100 minə yaxın qaçqın daxil olub.

Vumart və Güvən reklamı Vumart Güvən