Rusiyanın Baş Qərargah rəisi müavininin avtomobili YANDIRILDI
Moskvada Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli məmurunun BMW markalı avtomobili yandırılıb.
Redaktor.az xəbər verir ki, Leninqrad şosesindəki evlərdən birinin həyətində naməlum qadın əvvəlcə maşının üzərinə kanistrlə benzin töküb, sonra isə od vurub.
Məlumatına görə, BMW RF Silahlı Qüvvələri Baş Qərargahının 8-ci idarəsinin rəis müavini Yevgeni Sekretaryova məxsusdur. Məhz bu idarə KİV-də müharibə əleyhinə məlumatların qarşısının alınmasına cavabdehdir və bir növ senzura rolunu oynayır.
Qadının artıq saxlanıldığı və onun müharibəyə qarşı olduğu qeyd edilir.












