Çin döyüş gəmilərini hazır vəziyyətə gətirdi 

 11:56 28.08.2022     914

Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinə məxsus 2 döyüş gəmisinin Tayvan boğazındakı beynəlxalq sulardan keçməsi Çini hiddətləndirib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın bu addımından sonra Çin Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Hərbi gəmilərin artıq gücləndirilmiş döyüş növbətçiliyinə başladığı vurğulanır.

ABŞ Hərbi Dəniz Qüvvələri esmineslərin Tayvan boğazından keçməsi ilə bağlı məlumatı təsdiqləyib.

Vumart və Güvən reklamı Vumart Güvən