Liviyada ölənlərin sayı artıb, çoxlu sayda yaralı var
Liviyanın paytaxtı Tripolidə baş verən qarşıdurmada ölənlərin sayının 32-yə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Yaralı sayının 159-a yüksəldiyi bildirilib.
Açıqlamada yaralılardan 102-nin xəstəxanalarda müalicəsinin davam etdiyi qeyd edilib.
Tripolidə şiddətli toqquşmalardan sonra bu gün sükut hökm sürür.












