Mossad rəhbəri İrana görə ABŞ-a gedir
İsrailin kəşfiyyat xidmətinin (Mossad) rəhbəri David Barnea gələn həftə ABŞ-a səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.
Qeyd olunur ki, o, Vaşinqtonda İranın nüvə sazişinin bərpasını müzakirə edəcək. Nəşr bildirir ki, Ağ Ev məlumatı təsdiqləyib.
Xatırladaq ki, İsrail İranın nüvə sazişinin bərpasını dəstəkləmir. İsrail Baş naziri ordunun İranla bağlı istənilən senariyə hazır olmasını tapşırıb.
Barnea İsrail müdafiə naziri Benni Qantz və milli təhlükəsizlik müşaviri Eyal Hulatdan sonra İran razılaşmasını müzakirə etmək üçün son günlərdə Vaşinqtona səfər edən üçüncü yüksək səviyyəli İsrail rəsmisi olacaq.












