Zelenski gizli görüş keçirdi 

 23:22 28.08.2022     382

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiə və təhlükəsizlik məsələlərindən məsul olan vəzifəli şəxslərlə qapalı iclas keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Görüşdə Ukrayna ordusunun, kəşfiyyat orqanlarının, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Təhlükəsizlik Xidmətinin və digər müdafiə qüvvələrinin rəhbərləri iştirak ediblər.

İclasda cəbhədəki əməliyyat şəraiti müzakirə olunub, təhlükəsizlik və müdafiənin digər aspektləri nəzərdən keçirilib.

Vumart və Güvən reklamı Vumart Güvən