"Barselona"nın məşhur futbolçusu döyülərək qarət olundu

 12:46 29.08.2022     427

"Barselona" klubunun futbolçusu Pyer-Emerik Obameyanq İspaniyadakı evində silahlı hücuma məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə "El Pais" polisdəki mənbələrinə istinadən xəbər yayıb.

Bildirilir ki, ən azı 4 qarətçi 33 yaşlı hücumçunu odlu silahla hədələdikdən sonra döyməyə başlayıblar. Daha sonra onlar qaçaraq, aradan çıxıblar.

Polis araşdırmalara futbolçunun həyat yoldaşının məlumat verməsindən sonra başlayıb.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq "Barselona"ya yanvarda azad agent kimi keçib. O, İspaniya klubunda 24 oyuna 13 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Vumart və Güvən reklamı Vumart Güvən