Ukrayna Xerson uğrunda şiddətli hücuma başladı

 16:03 29.08.2022     519

Avqustun 29-dan etibarən Ukrayna hərbçiləri Xerson uğrunda döyüşlərə başlayıblar.

Redaktor.az xəbər verir ki, bu açıqlama ilə Odessa vilayət hərbi administrasiyasının sədrinin müavini Oleksiy Matsuleviç çıxış edib.

“Rəsmi olaraq Xerson şəhəri uğrunda döyüşlər başlayıb!” – O. Matsuleviç vurğulayıb.

Qeyd edək ki, Xerson vilayətinin bir hissəsi rus qoşunları tərəfindən işğal olunub.

Bu barədə Xerson vilayəti dövlət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Xerson vilayəti qismən, Oleşki isə tam olaraq Rusiya qoşunlarının nəzarətindədir. Hərbi obyektlər düşmən aviasiyası tərəfindən məhv edilib. Dnepr çayı üzərindən keçid işğalçıların nəzarətindədir”, - qurumdan bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən