İraqda etirazçılar Respublika Sarayını ələ keçirdilər - FOTO

 16:49 29.08.2022     432

İraqın paytaxtı Bağdadda etirazçılar hökumətin toplaşdığı binaya soxulublar.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, iğtişaşlar şiə lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini elan etdikdən sonra başlayıb.

Onun tərəfdarları Respublika Sarayına soxulublar, burada polislə toqquşmalar olub.

Məlumata görə, hazırda paytaxtda komendant saatı elan olunub.

222
Vumart və Güvən reklamı Vumart Güvən