İraqda şiddətli qarşıdurma - 2 nəfər öldü
İraqın paytaxtı Bağdadda baş verən qarşıdurma nəticəsində iki nəfər ölüb, 19 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb
İnsident dini lider Müqtəda-əs-Sədr tərəfdarlarının Prezident Sarayından çıxarılması zamanı baş verib. Siyasətçinin tərəfdaşları təhlükəsizlik qüvvələri ilə toqquşub.
Aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub, onlar saraydan çıxarılıb.
Qeyd olunur ki, Bakı vaxtı ilə saat 20:00-da Bağdad şəhərində komendant saatı tətbiq ediləcək.
Bu gün İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlayıb. Bu açıqlamadan sonra onun tərəfdaşları küçəyə axışıb.












