Məşhur prodüser rüşvətə görə ağır cəza aldı

 21:32 29.08.2022     514

"Çikatilo" serialının prodüseri Dmitri Bolşakov polisə rüşvət verdiyinə görə həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

Bolşakov 5,5 il müddətinə azadlıqdan məhrum edilib. Onun epizodun çəkilişi üçün polisə 400 min pul ödədiyi müəyyən edilib. Ödənilən məbləğin müqabilində polis Moskvanın mərkəzindəki küçəni bağlamalı idi.

Sarik Andreasyanın serialı çəkdiyi yerin FTB-nin nəzarətində olduğu məlum olub. Şöbənin əməkdaşları öz ərazilərində çəkiliş qrupunu görəndə çəkiliş aparmaq üçün icazə tələb ediblər.

Yoxlamadan sonra Dmitri və polislər həbs edilib. Məhkəmə hüquq-mühafizə orqanlarının əməkdaşlarına daha ağır cəza – 7,5 və 8,5 il həbs cəzası verib.

Vumart və Güvən reklamı Vumart Güvən