Bağdadda ölən və yaralıların sayı artdı - VİDEO
Bazar ertəsi Bağdadda etiraz aksiyaları zamanı azı 10 nəfər ölüb, 200 nəfər yaralanıb.
Redaktor.az-ın “Əl-Cəzirə” yə istinadən məlumatına görə, qurbanlar arasında İraq təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı da var.
Həmçinin, şəhərə nizami ordu hissələri yeridilib. Paytaxtın “Yaşıl zona”sında vəziyyət gərgin olaraq qalır.












