Türkiyə səfiri S-300-ə görə Ukrayna XİN-ə çağrıldı 

 23:08 29.08.2022     449

Türkiyənin Ukraynadakı səfiri Yağmur Ahmet Güldərə Xarici İşlər Nazirliyinə çağrılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.

Səfir Rusiya silahlarının Bosfor boğazından daşınmasına görə Nazirliyə çağırılıb.

Qeyd edək ki, Rusiya Suriyadakı S-300 hava hücumundan müdafiə sistemlərini Krıma aparıb. Sistemlərin daşınması üçün “Sparta-II” mülki yük gəmisindən istifadə edilib və gəmi Bosfor boğazından keçib.

Xatırladaq ki, Bosfor boğazından hərbi yüklərin keçməsi qadağan edilib.

Vumart və Güvən reklamı Vumart Güvən