Madaqaskarda polis nümayişi dağıdarkən 14 nəfəri güllələdi

 01:45 30.08.2022     311

Bazar ertəsi Madaqaskarın cənub-şərqində polisin etirazçı kütləni dağıtması nəticəsində azı 14 nəfər ölüb, 28 nəfər yaralanıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, hadisə ölkənin İkonqo bölgəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, polis kütləyə atəş açıb.

Yerli “Tanqo” xəstəxanasının baş həkimi Oskar Toki bildirib ki, 9 nəfər yerindəcə, qalanları isə tibb müəssisəsində dünyasını dəyişib.

Məlumatına görə, etiraza səbəb adam oğurluğu halları olub.

 

Vumart və Güvən reklamı Vumart Güvən