Ukraynada daha 450 işğalçı MƏHV EDİLDİ - FOTO

 10:37 30.08.2022     523

Ukraynada gedən döyüşlərdə Rusiya ordusunun daha 450 hərbçisi məhv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın canlı qüvvə itkisi 47 min 550-yə çatıb.

Bundan əlavə, Rusiya ordusunun digər döyüş itkiləri 1954 tank, 4294 zirehli döyüş maşını, 1079 artilleriya sistemi, 282 reaktiv yaylım atəşi sistemi, 151 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 204 helikopter, 847 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 217 avtomobil texnikası və avtosistern, 103 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk istiqamətində verib.

Həmidə İbrahimova

Bir ‎bunu deyən yazı

Vumart və Güvən reklamı Vumart Güvən