Putinə qarşı çıxan sabiq deputata cinayət işi açıldı

 21:31 30.08.2022     476

Rusiya parlamentinin keçmiş deputatı, “Ədalətli Rusiya” siyasi partiyasının üzvü İlya Ponomaryov haqqında cinayət işi açılıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Keçmiş deputat Rusiya ordusu haqqında yalan məlumat yaymaqda ittiham olunur. Hazırda Ukraynada yaşayan sabiq deputat haqqında qiyabi həbs qərarı verilib.

Rusiyada axtarışda olan Ponomaryov 2014-cü ildə parlamentdə Krımın ilhaqının əleyhinə səs verən yeganə deputat olub. Bundan sonra deputat təzyiqlərə məruz qalıb.

Vumart və Güvən reklamı Vumart Güvən