Qorbaçov öldü
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə “TASS”a Rusiya Mərkəzi Kliniki Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, Qorbaçov 91 yaşında dünyasını dəyişib.
"Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib", - deyə Mərkəzi Klinik Xəstəxanadan bildirilib.












