Ruslar Ukraynada 379 uşaq öldürdü - RƏSMİ

 17:00 31.08.2022     417

Ukraynada itkin düşən uşaqların sayı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Uşaqlar ən çox Donetsk vilayətində - 388, Xarkov - 202, Kiyev - 116, Çerniqov - 68, Nikolayev - 67, Luqansk - 61, Xerson - 55, Zaporojye - 46 zərər çəkib.

Avqustun 31-nə olan məlumata görə, 230 uşaq itkin düşmüş hesab olunur.

O da qeyd olunub ki, 7297 uşaq deportasiya edilib. Itkin düşən 5177 uşaq artıq tapılıb.

Ölən uşaqların rəsmi sayı 379, yaralıların sayı isə 735 nəfərdən çoxdur. 

Həmçinin bildirilib ki, Rusiya silahlı qüvvələrinin bombardmanları və atəşi nəticəsində 2328 təhsil müəssisəsi zərər görüb, onlardan 289-u tamamilə məhv edilib.

Vumart və Güvən reklamı Vumart Güvən