Ukraynada daha 450 işğalçı MƏHV EDİLDİ - FOTO

 10:45 01.09.2022     695

“Ötən sutka ərzində Ukraynada Rusiya ordusunun daha 450 hərbçisi məhv edilib”.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 48 350-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 997 tank, 4 345 zirehli döyüş maşını, 1115 artilleriya sistemi, 287 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 205 helikopter, 851 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 239 avtomobil texnikası və avtosistern, 104 xüsusi texnikadan ibarətdir.

Məlumatda bildirilib ki, Rusiya ən çox itkini Donetsk və Kuraxiv istiqamətlərində verib.

Nərmin Vüqarqızı

Bir ‎bunu deyən yazı

Vumart və Güvən reklamı Vumart Güvən